Bu gün Demokratik Cəmiyyət və Qadın Hüquqlarınıın Müdafiəsi İctimai Birliyi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Xocalıya Ədalət istəyirik" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Demokratik Cəmiyyət və Qadın Hüquqlarınıın Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva ermənilər tərəfindən 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı barədə tədbir iştirakçılarını məlumatlandırdı. Bildirdi ki, ermənilər zaman-zaman Azərbaycana qarşı terror, soyqırım və işğallar törətmişlər.Azərbaycanlılar iki əsrdən artıqdır ki, erməni separatçılarının etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalırlar. Ermənistanın XX əsrdə reallaşdırdığı siyasət də məhz buna hesablanıb.
“Xocalıda 613 dinc sakin qətlə yetirilib. 1200-dən şəxs amansız işgəncələrə məruz qaldı. 155 nəfərin taleyinə hələ də aydınlıq gəlməyib. Meyitlərin təhqir olunması erməni vandallarının insanlığa sığmayan vəhşiliyinin göstəricisi idi. Ancaq təəssüf ki, 25 ildir bütün bunlara layiqli qiymət verilmir. Halbuki Xocalı soyqırımı “Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada göstərilən müddəalara tam uyğundur. Konvensiyada göstərilir ki, genosid siyasətini törətmiş şəxslərin mühakiməsi və cəzalandırılması qaçılmazdır. Biz bu gün bunu tələb edirik”, - deyə M.Abdullayeva vurğulayıb.
Aktyor Əli Nur ermənilərin mənfur niyyətləri barədə geniş danışaraq tarixdən xeyli maraqlı faktlar danışaraq ictimaiyyəti məlumatlandırdı.
Tədbirdə N saylı Hərbi Hissənin əsgər və zabit heyəti, aktyor Əli Nur, Qarabağ qazisi Rüxsarə Cumayeva, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasova,Azərbaycanın veteran diktoru Eldost Bayram, Jurnalistlər Ekstremal Vəziyyətdə İctimai Birliyinin sədri Firuzə Bəyməmmədqızı, Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Tofiq Əlizadə və başqaları da iştikar etdilər.