Azərbaycan dini missionerlik üçün məkan deyil. Biz ənənəvi İslam ölkəsiyik. Xristianlıq və digər dinlərin burada indiki dövrdə genişlənməsindən söhbət gedə bilməz. Burada bunun üçün şərait yoxdur.
Qaziler.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Mətbuat Şurasının təşəbbüsü ilə "Milli-mənəvi, dini dəyərlər: tarixilik, müasirlik" mövzusunda KİV rəhbərləri ilə keçirilən görüşdə deyib.Mübariz Qurbanlı: “Azərbaycan dini missionerlik üçün məkan deyil“

