Bakıda daha 17 dayanacaq quraşdırılacaq

Bakıda daha 17 dayanacaq quraşdırılacaq backend

Bakıda daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək nişanlaşdırılıb. Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.


Bildirilir ki, bu məntəqələrdən 12-si hazırda müsabiqəyə çıxarılan yeni 125 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi ərazidə, 5-i isə 1 nörməli müntəzəm marşrut xəttinin hərəkət trayektoriyasına yeni daxil edilən Ələsgər Qayıbov küçəsində yerləşir.

Bununla yanaşı yeni yaradılan Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində Bakı Kart ödəniş terminalları yerləşdirilib.