Qarabağ döyüşçüsü Yalçın Kərimov vəfat edib

Qarabağ döyüşçüsü Yalçın Kərimov vəfat edib backend

QAZİLER.AZ saytı xəbər verir ki, Qarabağ müharibəsi veteranı, Ağdam rayonunun Seyidli kənd sakini Yalçın Ənvər oğlu Kərimov vəfat edib.

Y.Kərimoğvun döyüşçü yoldaşlarımızdan aldığımız məlumata görə, son günlər qəflətən ayağında qaralama başlayıb, sonra bəlli olub ki, qara ciyərində ciddi problem var. Həkimlər səyinə baxmayaraq, onun həyatını xilas tmək mümkün olmayıb. Dünən gecə dünyasını dəyişən döyüşçü bu gün Ağdamda - Quzanlıda, anasının məzarının yanında dəfn edilib.

Qeyd edək ki, Y.Kəimov 1991-1993-cü illərdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib.

Qarabağ Qaziləri, Vətən Müharibəsi Əlilləri birlikləri, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına inkişaf Fondu və QAZİLER.AZ saytının kollektivi Yalçın Kərimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir! Allah rəhmət eləsin!