“Azərbaycan-Türkiyə Baku İnşaat” birgə müəssisəsi ləğv olunub. Virtualaz.org-un məlumatına görə, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda qeyd edilib.
Elanda vurğulanıb ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 1033 ünvanına bildirə bilərlər.Həmin qəzetdəki başqa bir xəbərdə isə daha üç xarici şirkətin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırdığı bildirilir.
Belə ki, “Asia Central Trading Limited” və “A. P. International LLC” şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri ləğv oldunduqlarını elan ediblər.
Bununla yanaşı, “CR and Co” MMC də ləğv edilib. Burada da kreditorlar iki ay ərzində tələblərini şirkətlərə bildirə bilərlər.