Azərbaycanda daha 16 dövlət obyekti özəlləşdirilib

Azərbaycanda daha 16 dövlət obyekti özəlləşdirilib backend

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib. Komitədən "Report"a bildirilib ki, bu dəfəki hərracda ümumilikdə 16 dövlət əmlakı olmaqla 2 səhmdar cəmiyyəti, 1 nəqliyyat vasitəsi və 13 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.


Hərracda özəlləşdirilən 13 kiçik dövlət müəssisə və obyektindən 8-i paytaxtda, 1-i Sumqayıtda, 1-i Mingəçevirdə, 1-i Lənkəranda, 1-i Biləsuvarda, 1-i isə Gəncədə yerləşir. Bu əmlakların 1-i ticarət obyekti olub, 1-i xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aid olub.

Hərracda ən yüksək qiymət paytaxtın Sabunçu rayonunda yerləşən obyektə və Lənkərən rayonunda qeyri-yaşayış sahəsinə təklif olunub. Bunlar Sabunçu rayonundakı 101 kv.metr sahəsi olan 93 saylı mağaza və Lənkəran rayonundakı 433,1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsidir. Sabunçu rayonunda yerləşən daşınmaz əmlaka 60 min manat təklif olunub və özəlləşdirilib. Lənkəran rayonundakı sahəsi isə 50 min manata özəlləşdirilib.

Qeyd edək ki, növbəti hərrac fevralın 28-də keçiriləcək və 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.