Roma Papasının nümayəndəsi: “Xocalıda insanlığa qarşı cinayət törədənlər cəzasız qalmayacaq“

Roma Papasının nümayəndəsi: “Xocalıda insanlığa qarşı cinayət törədənlər cəzasız qalmayacaq“ backend

“Xocalıda insanlar soyqırıma məruz qalıb. Həmişə onlar üçün dua edəcəyəm”. “Report”un xəbərinə görə, bunu Roma Papasının Bakıdakı nümayəndəsi Viladimir Fekete Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Xocalıda insanlığa qarşı cinayət törədənlər cəzasız qalmayacaq: “Böyük Yaradan mütləq onların cəzasını verəcək. Mən Xocalıda törədilən soyqırıma, ədalətsizliyə məruz qalan azərbaycanlılar üçün heç zaman duamı əsirgəməyəcəm”.