Türkiyədə şəhid övladlarının təhsil azadlığı çərçivəsində dünya təhsil sistemini silkələyəkcək yeni qərar qəbul olundu. Qərara görə ölkənin Yüsək Təhil Qurumu tərəfindən Şəhid övladlarına "Özəl Tələbə Statusu” verilib. Belə ki, Mili ordu, 15 iyun hərbi çevriliş, terrorla mübarizədə həlak olmuş şəhidlərin övladları bu tələbə statusunu qazandıqları halda ixtisasını istədiyi ali məktəbdə oxuya biləcək. Bu qayda əsasında yüksək ali məktəbə yetəri balı çatmayan tələbə də həmin Universiteti sərbəst şəkildə seçə biləcək. Yeni qayda nə dərəcədə məntiqli və doğru addımdır? Azərbaycanda bunun tədbiqi olunması mümkündürmü?
Qaziler.az xəbər verir ki, məsələ ilə bağlı adalet.az bir neçə ekspertin fikirlərin öyrənib. Təhsil mütəxəssisləri bunun müyyən dərəcədə doğru addım hesab edilər.Elxan Nəcəfovun verdiyi açıqlamaya görə şəhid övladının oxuduğu ixtisas üzrə istədiyi ali təhsil ocağını seçməsi doğru deyil: "Şəhid ailələrinə və yaxud şəhid övladlarına hər bir sahədə güzəştlər etmək olar və zamanla bunlar edilir. Onlara təhsil ödənişlərindən azad olunması, kimi əsas dəstəklər olub. Lakin sözü gedən mövzu ətrafında bir qədər düşünmək və analiz etmək laızmdır. Çünki, biliklə ölçülən meyarlarda soyuqqanlı davranmaq lazımdır. Bilik sahəsində kimlərəsə güzəşt olunması məqbul sayılmır. Əgər ali məktəbə daxil olmaq istəyən tələbə istədiyi balı toplaya bilməyibsə onun yüksək ali təhsil ocağını sərbəst seçim etməsi müəyyən qədər haqsızlıq kimi də qiymətləndirilə bilər”.
Digər ekspertimiz də müəyyən mənada bu fikirlərlə razlaşır. Əjdər Ağayev bildirib ki, bu cür məsələlər ümumi dövlət səviyyəsində qəbul olunan qərarlardan asılıdır. Bunu kimsə müzakirəyə qoya bilməz: "Bir mütəxəssis kimi ona deyə bilərəm ki, bilik sahəsində güzəştlər etmək doğru deyil. Şəhid övladına ev də verilə bilər, o təhsil haqqından azad oluna da bilər. Lakin yüksək balı tələb edən ali məktəblə bağlı sərbəst seçim etmək şansının verilməsi savad baxımından doğru deyil. Düşünürəm ki, Azərbaycanda belə bir qanunun qəbul olunması gözlənilə bilməz”.
Kamran Əsədov isə məsələyə fərqli münasibət bildirib. Ekspertin sözlərinə görə şəhid övladlarına təhsil azadlığının verilməsi tam doğru addımdır: "Azərbaycanda gələcəkdə belə bir qərarın veriləcəyini gözləmək olar. Türkiyə bu addım ilə təhsil sistemində yenilik etdi deyə bilərəm. Xatırladım ki, Azərbaycanda buna oxşar bir qərar qəbul edilmişdi. Belə ki, hər hansı idman və ya elmi sahələrdə dünya birinciliyi olan gənclərə öz ixtisasları üzrə istədiyi ali məktəbdə təhsil almaq hüququ verilir. Çünki həmin şəxslər əldə etdikiləri nailiyyətlər hesabına bir növ bu haqqı qazanıblar. Onu da qeyd edim ki, Azərbaycanda ali məktəblərdə təhsil alan tələbələr 17 faiz təşkil edir. Avropa təcrübəsinə görə isə bu 30-40 faiz olmalıdır. Məhz son vaxtlar dövlətin ali təhsil ocaqlarında tələblərin sayının artırılmasına yönəlmiş planları bu məqsədlərə xidmət edir. Şəhid övladlarına belə bir imtiyazların verilməsinə gəldikdə isə bu da qəbul olunandır. Azərbaycanda abituriyentlərin topladığı ballar test imtahanları üzərindən hesablanır. Bu dünya təcübəsində də var. Lakin bu o demək deyil ki, yüksək bal toplayan abituriyent aşağı bal toplayan abituriyentdən daha bilikli və savadlıdır. Mən bununla raz deyilıəm. Məsələn, dəfələrlə şahid olmuşam ki, 600-700 aralığında bal toplayıb tələbə adını qazanan gənclərimiz elə ilk semestri kəsirlərlə bitirir. Ona görə də şəhid övladlarına təhsil azadlığının verilməsi uyğun və perspektivli bir addımdır. Onalara bu sahədə də kömək edilməsi dövlətin təhsil siyasətində uğuru kimi qiymətləndirmək olar. Bu cəhətdən Türkiyənin bu addımını təhsil sitemində yeni inqilab adlandırmaq olar”.
Tələbələrin istədiyi ali məktəblərdə ixtisasını dəyişməməsi şərti ilə oxumaq şansı müxtəlif formada dəyərləndirildi. Test üsulunun da burada müstəsna rol oynamadığı vurğulandı. Bir nüansı da qeyd etmək yerinə düşər ki, bəzi Avropa ali təhsil ocaqlarına elan olanun tələbə qəbulunda sadəcə atestat tələb olunması Kamran Əəsdovun dediyi kimi, təhsildə test üsulunun savadı nümayiş etdirmədiyini göstərir. Məhz bu cəhətdən Türkiyə hökümətinin şəhid övladlarına belə bir şans tanıması uğurlu addım hesab oluna bilər.
Rüfət Soltan