“Xocalı faciəsi dünyanın gözü ilə” adlı tədbir-sərgi keçiriləcək

“Xocalı faciəsi dünyanın gözü ilə” adlı tədbir-sərgi keçiriləcək backend

Azərbaycan İstiqlal Muzeyindən QAZİELR.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli Xocalı soyqırımın 25-ci ildönümü ilə bağlı sərəncamına və Prezident Adminitrasiyası rəhbərinin tədbirlər planına əsasən 2017-ci il fevralın 22-də saat 1200-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Xocalı faciəsi dünyanın gözü ilə” adlı tədbir-sərgi keçiriləcək.

Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Emənistan hərbi birləşmələri Xocalı şəhərinə hücüm etmişlər. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir. 613 nəfər dinc əhali öldürülmüş, 487 nəfər əlil olmuş, 1275 nəfər götürülmüş əsir müxtəlif işgəncələrə məruz qalmışdı.

Muzeydə təşkil olunan sərgidə 30 fotoşəkil nümayiş olunacaq. Həmin fotoşəkillər sübut edir ki, Xocalı faciəsi dünyanın bir sıra ölkələrində tanınır, 25 il ərzində müxtəlif millətlərin nümayəndələrinin bu hadisə ilə bağlı məlumatları var.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Xocalı faciəsinin canlı şahidləri və sakinləri Oqtay Abdullayev və Quliyev Mərkəz, cəsədlərin daşınmasında bilavasitə iştirak edən Oruc Məmmədov çıxış edəcəklər, Xocalı şəhəri 2 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı “Xocalıya ədalət” adlı kompozisiya nümayiş olunacaq.

Tədbirdə Xocalı şahidləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.