Azərbaycanda yolu kəsilən kəndlərlə əlaqə bərpa edildi - YENİLƏNİB

Azərbaycanda yolu kəsilən kəndlərlə əlaqə bərpa edildi - YENİLƏNİB backend

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat katib i Anar Nəcəfli Lent.az-a məlumat verib.

A.Nəcəfli bildirib ki, qar uçqunu baş vermiş əraziyə texnikalar cəlb olunaraq uçqunun fəsadları aradan qaldırılıb.

***
13:20

Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, uçqun magistralın 37-ci kilometrliyində baş verib.

Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib.

“Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.