Rejissor Şahin Zəkizadə vəfat edib. Bu barədə APA-ya Ş. Zəkizadənin xalası oğlu Aqil Adiloğlu məlumat verib. O bildirib ki, Ş. Zəkizadə sabah Maştağada yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Ş. Zəkizadə qan xərçəngindən əziyyət çəkirdi.14:25
Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin ölüm xəbəri yayılıb. Lent.az rejissorun müalicə olunduğu Tədris Terapevtik Klinikası ilə əlaqə saxlayıb. Xəstəxananın baş həkimi Adil Nuriyev Lent.az-a açıqlamasında bildirib ki, rejissorun vəziyyəti ağır olaraq qalır, o, hazırda reanimasiya şöbəsindədir.
Baş həkim bildirib ki, rejissorun ölümü ilə bağlı yayılan xəbərlər doğru deyil.