Azərbaycanda bəzi yerlərdə temperatur 20 dərəcəyədək yüksələcək

Azərbaycanda bəzi yerlərdə temperatur 20 dərəcəyədək yüksələcək backend

Azərbaycanda bəzi yerlərdə havanın temperaturu 20 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, fevralın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində yağmursuz keçəcək. Cənub küləyi əsəcək, arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 10-15 dərəcə dərəcə isti olacaq.
Diaspora