Bakının ən böyük prospektində sürət həddi endirildi

Bakının ən böyük prospektində sürət həddi endirildi backend

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı Heydər Əliyev prospektində sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, yolun hərəkət hissəsi sürüşkən olduğundan, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə sürət həddi azaldılıb. Eyni zamanda Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.