Diqqət: Uşaqlar üçün “Kinder Joy” şokoladı təhlükəlidir

Diqqət: Uşaqlar üçün “Kinder Joy” şokoladı təhlükəlidir backend

Azad İstehlakçılar Birliyinə “Kinder Joy”la (şokoladlı yumurtalar) bağlı şikayətlər daxil olub. Bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.


Onun sözlərinə görə, məhsullar təhlükəli hesab edilsə də, araşdırma aparılmır. “Məhsulu ölkəyə gətirən “Hengen” şirkətinə də məlumat verilib. Lakin onlar da şokoladları satışdan yığışdırmayıb”,-təşkilat rəhbəri deyib.

AİB-ə daxil olmuş şikayətlərdə deyilir ki, “Kinder joy” şokoladlı yumurtaların üstündəki yararlılıq-istifadə müddəti bitib. Lakin istifadə tarixinin üstü qırmızı skoçla örtülüb, yeni tarix yazılıb. İstifadə müddəti yenidən artırılan məhsul isə istifadəyə yararsızdır.

“Şikayətçi uşağının məhz bu məhsuldan zəhərləndiyini iddia edir. Buna görə də uşaqların çox istifadə etdiyi bu məhsulla bağlı tədbir görülməlidir”,-E.Hüseynov əlavə edib.

“Hengen” şirkətinin internetdə verilmiş telefonlarına edilən zənglərə cavab verilməyib.