Ağcabədi rayonu 2016-ci ilə yekun vurdu - Fotolar

Ağcabədi rayonu 2016-ci ilə yekun vurdu - Fotolar backend

Ağcabədi rayonu Mədəniyyət Mərkəzində 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-cı ildə qarşıda duran vəzifələrlə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisisi Əflatun Rufiyev , Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbas iştirak edib. İlk öncə tədbir iştirakçıları və qonaqlar Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli önünə təzə - tər qərənfillər düzərək , abidəsi önündə ehtiramla baş əyərək, Onun əziz xatirəsini hörmətlə yad etmişlər. Daha sonra Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş kənd təsərrüfatı məhsulları sərgisi və rayonun sosial –iqtisadi göstəricilərini əks etdirən fotostendlə tanış olublar.

Tədbiri Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov açıb. Rayonda 2016-ci ildə görülən işləri məruzə edən rayon rəhbəri Şahin Məmmədov hesabatın yekununda vurğuladı ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik ,uğurlu gələcəyə doğru inamla addımlayacayıq.



Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas bildirib ki, ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində Ağcabədi rayonunun sosial-iqtisadi göstəriciləri yüksəlib, bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının da inkişafında uğurlar qazanılıb. Rayonda aqrar sahənin inkişaf etdirilməsi sosial-iqtisadi inkişafı sürətləndirməklə, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalını artırıb. İstehsal edilən bir sıra kənd təsərrüfatı məhsulları nəinki rayonun, eləcə də ölkə əhalisinin tələbatının ödənilməsində, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Millət vəkili bildirib ki, Ağcabədi rayonunda kənd təsərrüftının inkişaf üçün böyük zəmin var: "Aqrar sahənin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən imzalanan sərəncamlar, əkin sahələrinin becərilməsi üçün istehsalçılara verilən subsidiyalar, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə və texnika ilə təmin olunması nəticəsində son illərdə Ağcabədi rayonunda kənd təsərrüfatı məhsulları istehsalı xeyli artıb. Aqrar sahənin inkişafına və sahibkarlığa göstərilən dövlət qayğısı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, son illərdə rayonda yeni-yeni kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilib”.








Diaspora