Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək backend

Sabah Azərbaycan-Ermənistan sərhəddində monitorinq keçiriləcək. QAZİLER.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.