Azərbaycan Texniki Unversitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Radiasiya təhlükəsi və ona qarşı maariflənmə " adlı layihəyə yekun vurulub. Bu barədə QAZİLER.AZ-a Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun layihə rəhbəri Şəhla Qarayeva məlumat verib.
Tədbirdə çıxış edən layihə üzrə Təlimçisi Qaziyev Yusif ilk öncə Radiasiya təhlükəsi və ona qarşı maariflənmə tədbirlərindən söz açıb.O qeyd edib ki, Müasir dövrdə praktiki olaraq təsərrüfatın və elmin istənilən sahəsində radioaktiv maddələrdən və ionlaşdırıcı şüalanma mənbələrindən istifadə edilir. Nüvə materiallarının daşınması, saxlanması və yenidən işlənməsi lazım gəlir ki, bu da ətraf mühitin çirklənməsi, insanların, canlıların və bitki örtüyünün zədələnməsi riskini yaradır.Tipik radiasiya təhlükəli obyektlərə aşağıdakıları aid etmək olar: atom stansiyaları, nüvə yanacağının hazırlandığı, istifadə edilmiş yanacağın yenidən işləndiyi və radioaktiv tullantıların basdırıldığı müəssisələr, nüvə reaktorlarına, nüvə energetik qurğulara malik elmi tədqiqat və layihə təşkilatları. Radiasiya təhlükəli obyektlərdə qəzaların təsnifatı, qəzalar baş verdikdə mümkün ola biləcək mənfi nəticələrin azaldılması və aradan qaldırılması üçün öncədən tədbirlərin işlənib hazırlanması məqsədi ilə aparılır.

Daha sonra çıxış edən layihə rəhbəri Təhməzli İbrahim layihədə iştrak edən bütün gənclərə təşəkkülünü bildirərək layihənin əhmiyyətini və gələcəkdə gənclərə faydasından söz açıb.
Sonda fərqlənən gənclərə “Radiasiya təhlükəsi və ona qarşı maariflənmə” layihəsi adından diplomlar təqdim olunub.