Bakı-Quba yolunda 10-a yaxın maşın toqquşdu

Bakı-Quba yolunda 10-a yaxın maşın toqquşdu backend

Bakı-Quba magistral yolunda ən azı 10 maşının iştirakı ilə iki zəncirvari qəza baş verib.

QAZİLER.AZ-ın Report-a istinadən xəbərinə görə, "Mercedes", KİA, "VAZ-2107" və "Opel" markalı maşınların iştirakı ilə qeydə alınan qəzaların birində 4, digərində 5 maşın toqquşub.

Hadisələr nəticəsində ölən və yaralanan olmasa da, maşınlara ciddi ziyan dəyib.

Əraziyə YPX əməkdaşları cəlb olunub.