Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir backend

Fevralın 13-dən 17-dək Tbilisi şəhərində (Gürcüstan) strateji liderlik proqramı kursu, fevralın 13-dən 24-dək Haaqa şəhərində (Niderland Krallığı) hərbi-mülki əlaqələr üzrə qərargah zabiti kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) dil testi üzrə seminar keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.