Bakının bəzi ərazilərində su olmayacaq

Bakının bəzi ərazilərində su olmayacaq backend

Bakının iki rayonunun içməli su təchizatı məhdudlaşdırılır

Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində 700 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə xezerxeber.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.