Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən baş vermiş qar uçqunu nəticəsində həlak olan hərbi qulluqçumuz əsgər Rüstəmov Ülvi Əhməd oğlunun nəşi hadisə yerindən çıxarılaraq təxliyə edilib.
Qaziler.az xəbər verir ki, bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən bildirilib.Əsgər Ü.Rüstəmovun nəşi bu gün dəfn olunması üçün doğulduğu Ağcabədi rayonuna aparılıb.
Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!