Ərəb ovçular cərimələnərək ölkədən çıxarıldı

Ərəb ovçular cərimələnərək ölkədən çıxarıldı backend

Nazirlik vətəndaşlardan, konkret faktlarla bağlı məlumat olduqda, 168 nömrəli "qaynar xətt"ə müraciət etmələrini xahiş edir

Son günlər sosial şəbəkərlərdə ərəb turistlərin Azərbaycanda ov etməsi, onların heyvanları kütləvi şəkildə ovlaması ilə bağlı görüntülər yayılıb.

Xezerxeber.az məlumat verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayılan görüntülərə münasibət bildirib. Nazirliyin apardığı araşdırmalar nəticəsində çəkilişlərin bəzilərinin digər ölkələrdə, bəzilərinin isə Azərbaycanda lentə alındığı müəyyən olunub. Təhlillər göstərib ki, görüntülərdə əks olunan heyvan və quşların içərisində Azərbaycanın "Qırmızı Kitab"ına düşən növlər yoxdur.

Payız-qış aylarında turistlərə xidmət göstərən Azərbaycan şirkətlərinə müraciət əsasında qanunvericilik çərçivəsində kvota ayrılır. Əcnəbi ovçulara ötən il ərzində 200, bu ilin əvvəlindən isə 50-dək şəxsə ov etməyə icazə verilib.

Nazirlik tərəfindən turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu -turistlər özlərini Azərbaycan əhalisinin gözləntilərinə uyğun aparsınlar. Qayda-qanuna əməl etməyən turizm şirkətləri ilə əməkdaşlıq dayandırılacaq.

Qeyd edək ki, təkcə bu ov mövsümündə ərəb ölkələrindən gələn 16 ovçu-turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında ölkədən xaric edilməsi təmin olunub. Nazirlik vətəndaşlardan, konkret faktlarla bağlı məlumat olduqda, 168 nömrəli "qaynar xətt"ə müraciət etmələrini xahiş edir.

Qaziler.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: