Mənşəyi bilinməyən 600 kq ət aşkarlandı -AZƏRBAYCANDA

Mənşəyi bilinməyən 600 kq ət aşkarlandı -AZƏRBAYCANDA backend

Azərbaycanda mənşəyi bilinməyən 600 kq ət aşkar edilib. QAZİLER.AZ DİN-in saytına istinadən məlumat verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru, Sabirabad RPŞ və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Xəlfəli kənd sakini Əlifxan Şahverdiyevin həyətinə baxış zamanı ümumi çəkisi 600 kiloqram olan, mənşəyi bilinməyən ət aşkar edilərək götürülüb.


Qeyd edilən ətdən götürülən nümunə ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təhvil verilib.