Gənc blogger Taryel Abdullayev bir neçə gün əvvəl Azvision.az saytında yayımlanan yazınızda Elşad Miri bəyə ünvanladığınız suallara cavab vermək gərəyi hissetdim. Qeyd edim ki, adı çəkilən bəyi tanımıram və onun xətalı fikirlərinə bəraət qazandırmaq niyyətində deyiləm.
Qeyd 1: “ağıllı dizayn” fərziyyəsi hansısa fakta, müşahidəyə əsaslanırmı? Kreasionizmin müdafiə etdiyi fikirlər elmi olaraq açıqlana bilərmi?Cavab: Bu sualdan belə nəticəyə gəlmək olar ki siz elmin metodları ilə əldə edilmiş məlumatlar xaricində, heç bir məlumatın gerçək olmadığını düşünürsüz.
1. Elmçilik məlumata dayanan bir iddiadır,elm deyildir və dediyi şey, elmin fiziki elmin məlumatın tək qaynağı olması yəni bir şey elmi olaraq isbatlanmazsa ona inanmaq irrasional - məntiqsiz görülür. ``Sadəcə elmi olaraq isbatlana biləcək şeylərə inanmalısan.`` - Bu mənim qarşı çıxdığım fəlsəfədir. 1939 və 40`cı illərdə çox yayqın idi bu düşüncə tərzi. İndi isə daha məlumatlı olan filosofların arasında çox da mənimsənilməyən düşüncədir. Niyə?
- Çünki, öncəliklə elmə dayanan bir teorem olması üçün bu qədər dar məsafəli olmamalıdır, doğruları təşkil edən geniş bir sahə var.Bunlar bildiyimiz və rasional olan sahələrdir.Amma elmi olaraq isbatlana biləcək sahələr deyil.Məsələn; ``Məntiq və Riyaziyyat`` bunlar elm içində öncədən varsayılır ama isbatlanmış deyildir. ``Etiksəl gerçəklər`` məsələn, - yaxşılıq və pislik nədir? bunlar elmlə isbatlana bilməz. ``Estetik gerçəklər``
- Gözəllik də yaxşılıq kimi elmi olaraq isbatlana bilməz. ``Metafizik gerçəklər`` - Xarici dünyanın varlığı və keçmişdəki gerçəklər elmi olaraq isbatlana bilməz.Bunlar hamısı metafiziksəl təxminlər və varsayımlardır.Gerçək xarici dünyanın varlığı elmi olaraq isbatlanmış bilgi deyil. Elm özü xarici dünyanın varlığı, varsayımı üzərinə quruludur. Gülünç olan isə, nəticədə elm özü belə bu isbatlanmamış varsayımlara dayanır.Yəni sadəcə elmi dəlillərə inanmaq istəyirsənsə elmi çürütmüş olursan. Bir örnək: Nisbilik nəzəriyyəsi kosmosda işığın tək yöndəki sürətini, A nöqtəsindən B nöqtəsinə, sabit olduğunu varsayar. Ama biz bunu isbatlaya bilmərik.Sadəcə işığın gediş və dönüş sürətini ölçə bilərik. A`dan B`yə. Bir yerden çıxıb başqa yerə də gedə bilər.Biz sadəcə sürətin sabit olduğunu təxmin və ya fərz edirik.Amma bu elmi olaraq isbatlanmaz.
Başqa bir örnək:Etdiyimiz müşahidələrdə tərs yüklü zərrəciklərin bir birini dəfələrcə çəkdiyini müşahidə edirik.Bundan sonra tərs yüklü zərrəciklər bir birini `hər zaman` çəkər ifadəsindən istifadə edib bunu ümumiləşdiririk.Artıq bu elm dünyasında qəbul görən bir gerçəkdir. Halbuki bu da özündə bir inancdır. 10120 ci dəfə çəkib çəkməyəcəyini müşahidə etmədik,etmədiyimiz halda inandıq.Çünki 10120 səfər fəqli bir nəticə çıxma ehtimalı olduqca zəifdir. Yəni bu güclü bir inancdır.Bu tərz varsayımlar bizim elmlə məşğul ola bilməyimizi təmin edir. Yəni elm belə özündə bir növ inanclara sahibdir. İnanc kəlməsi sadəcə, bir şeyə dəlilsiz inanmaq mənasında deyil.İnanc kəlməsinin lüğət mənalarından biri də önərmələrdən hər hansı birini doğru qəbul etmək deməkdir.
Bu səbəbdən bu iddia çox dar baxış mövqeyinə sahib olduğu üçün yetərli ola bilməz. Əsl ən böyük tənqidim isə bu iddianın özü özünü çürütməsidir.
Özünüzə sual verin, bu ifadə; ``Sadəcə elmi olaraq isbatlanan şeylərə inanmalısan``, bəs bu cümlə elmi olaraq isbatlana bilirmi? - xeyr.
Sadəcə boş bir tərifdir. Hətta yaxşı bir tərif belə deyil. Əgər ki,sadəcə elmi olaraq isbatlanmış şeylərə inanmışsan, heç bir zaman ``sadəcə elmi dəlillərə inanmaq məcburiyyətində olduğuna`` inanmamalısan.Özü özün yalanlayır yəni.
2.Elmçiliyin niyə tutarsız olduğunu qısada olsa açıqladığımı düşünərək, daha bir alternatif açıqlama edəcəm.
Taryel bəy əgər elm obyektiv bir çalışma olacaqsa, elmin bizə təqdim etdiyi məlumatları qiymətləndirərkən, niyə natüralizm kimi təbiət-üstünün varlığını başdan rədd edən bir metodu və ya fəlsəfəni mənimsəyək? Orta əsrlərdə olduğu kimi "əvvəlcədən Tanrının varlığını qəbul edib elmi araştırmalarınızı edin" deməyin səhv olduğu aydın olunca "əvvəlcədən Tanrı yoxmuş kimi elmi araştırmalarınızı edin və nəticələri ona görə qiymətləndirin" demək mi lazımdır? Niyə, Tanrının varlığını və ya yoxluğunu əvvəlcədən qəbul etmədən, elmi məlumatların bizi aparacağı yerə özümüzü buraxmırıq? Elmin məqsədi doğrunu tapmaqdırsa, niyə elmin nəyi deyib nəyi deməyəcəyini başdan müəyyən edərək elmi fəaliyyəti sərhədləyirik?
"Kainatın kökəni və ya Tanrının varlığı yoxluğu məsələsi mənim elmi müstəvidə cavab tapa biləcəyim bir problem deyil, bu səbəbdən mən bu məsələdə tərəfsizəm. " – bir elm adamının və ya elmçinin, elm pencəyi altında ifadə edə biləcəyi maksimum fikir bu olmalıdır. Başqa fikirləri ola bilər amma bu fikirləri elmi əsas alaraq təməlləndirə bilməz. Bu səbəbdən yazınızın başlığındaki elmi cavab ifadəsi, çox ziddiyətli olsa gərək.
Qeyd 2: Dünyada ancaq sizin kimi rasional təfəkkürdən uzaq olan şəxslər tərəfindən qəbul edilən bu fikirlər Amerikada Yevangelist dini çevrələri tərəfindən qurulmuş “Yaradılış Araşdırma İnstitutu” tərəfindən ortaya atılıb. Sonradan Türkiyədə Harun Yahyanın vasitəsilə cəmiyyətə sırınıb.
Cavab:
1.Taryel bəy yuxarıda verdiyiniz bu məlumat yalnışdır. " Ağıllı Dizayn " arqumentinin hazırda liderliyini Discovery Institute etsə də, arqumenti onlar ortaya atmayıb.Bu universitet 1991-ci ildə qurulub halbuki Ağıllı Dizayn arqumenti 20 ci yüzilliyin başlarında ortaya atılıb.Təməlini isə 1802-ci ildə William Paley ortaya qoymuşdur.Digər tərəfdən,Platon`dan İbn Rüşd`ə, Thomas Aquinas`tan Leybnits və Nyutona qədər bir çox məşhur düşünür bu arqumenti müxtəlif şəkillərdə müdafiə etmişlərdir.
2.Verdiyiniz məlumat doğru olsa belə bu sizin haqlı olduğunuza dəlalət etmir.Çünki siz yuxarıdaki iddianızda universal məntiq xətaları içində yer alan " Adam Qaralama (Argument Against the Man)" məntiq xətasına imza atmısız.Qarşınıza qoyulan arqumenti öz arqumentlərinizlə tənqid etmək yerinə arqumenti ortaya atan şəxsi,dairəni,şirkəti və ya qurumu etibarsızlaşdıraraq arqumentin özünü etibarsızlaşdırmağa çalışmısız. Bir fikrin,düşüncənin doğruluğu yalnışlığı, onu kimlərin müdafiə etməsindən tamamiylə əlaqəsizdir. Nə edək indi sabah Harun Yahya elmi təbliğ etməyə çalışsa, sırf Harun Yahya elmi təbliğ edir dəyə inkar mı edək?
İddia 3: Siz deyirsiniz ki, “Kainata baxdığımız zaman qüsursuzluq görürük. Bütün planetlər müntəzəm bir şəkildə Günəşin ətrafında fırlanırlar ”. Və ya: “Hüceyrəyə baxın! Gözlə görünməyəcək qədər kiçik olsa da, bir dünya məlumatı saxlayır və bu, Allahın qoyduğu bir qaydadır”. Bu dedikləriniz elmi həqiqət deyil. Çünki dünyanın müxtəlif yerlərində yaşayan fərqli inanc sahibləri də deyə bilərlər ki, bu, Odinin, Brahmanın, Torun, Taonun və ya Dekartın hipotezindəki şeytanın qoyduğu qaydadır. Və bunu deyərkən onlar da ən azı sizin qədər haqlı olacaqlar. O halda, dünyada 86 dövlətin elm adamı kimi tanınan Çəlal Şəngörün də dediyi kimi, bir-birini yalanlayan dinlər ortaya elm çıxara bilərlərmi?
Cavab:
1.Fəlsəfi olaraq Yarıdıcı tərifi içi boş bir şey deyil. Yarıdıcı deyərkən kainatı yaradan, zaman və məkanın xaricində olan, əzəli və əbədi və s. olan bir bir varlıqdan bəhsedilir. Siz istəyirsiz adına Odin deyin,Şeytan deyin nə bilim spagetti canavarı deyin nə deyirsiz deyin.Mahiyyəti etirabı ilə onu Tanrı edən şey yuxarıdaki özəllikləri daşımasıdır,adı deyil....Əlavə olaraq bütün səmavi dinlər də belə bir tanrıdan bəhs edir və ciddi bilgisi olan heç bir səmavi dinlərə inan insanlar biri birin yalanlamır.Cəlal Şəngörün şəxsiyyətin ortaya atıb yuxarıda sizin etdiyiniz kimi, məntiq xətası etmək istəmirəm. Amma Cəlal müəllim ən azından çox gözəl tarixi bilgilərə sahibdir. Bu fikri irəli sürərkən İslamın qızıl dövrünü, 10-cu yüzillikdə islam inancını mənimsəyən insanların necə elmi məlumatlar ortaya çıxardığını unudub yəqin..Bunu deyərkən, kəsinliklə baxın İslam dini sayəsində bu cür uğurlar əldə edilib iddiasında deyiləm.Əksinə elmi çalışmaların dinlə bir əlaqəsi olmadığını qeyd etməyə çalışıram.
İslam, təxminən 1400 illik bir dindir. Bu 1400 ilin son 200 ilin İslam coğrafiyası baxımından mədəniyyət dəyərləri, elm-fəlsəfə, sənət, siyasi-hərbi hegemoniya və s. çox iç açıcı olduğu deyilə bilməz, bir çöküş və çürümə müddətidir. Geriye təxminən 1200 il qalır. Bu 1200 ilin də təxminən 600 ilini (yəni 10-cu yüzilliyin sonlarından 16-cı yüzilliyin sonlarına qədər) İslam mədəniyyəti baxımından zirvə müddəti olaraq xarakterizə edə bilərik; həm elm-fəlsəfə ənənəsi, həm bədii istehsal, həm də siyasi-hərbi olaraq hegemonik bir güc olması baxımından.
Qısacası, kəmiyyət baxımdan baxsaq, İslam coğrafiyasının qızıl çağı, içində olduğumuz təxminən 200 illik çöküş dövründən daha uzun sürmüşdür. Eynilə bu qızıl dövrün bütün kəramətini İslamda görmək kimi, çöküşə səbəb olan qüsuru islamda və ya dində görmək də məntiqli bir yanaşma deyil. Bu dünyagörüşü burnunun ucundan kənarını görə bilməz. Tarix, bir coğrafiyadan digərinə axar; mədəniyyətlər yüksələr və çökər. Yüksəlişləri də çöküşü də tək bir səbəbə bağlana bilməz; tarixi-ictimai faktlar tək ölçülü araşdırıla bilməz.
Artıq bu komplekslərimizdən sıyrılmağımız, bir gələcəyimizin olması üçün dini müzakirələrdən uzaqlaşmağımız lazımdır. Nə cübbəli təkkəli doqmatiklər nə də dinfobik doqmatiklər bu gələcəyi inşa edənlər arasında olacaq. Onlar bizim sürətli axan kiber dünyamızdakı sabun köpükləri olmağa məhkumdur.
Qeyd 3: Bütün bunlardan sonra hansı izah sizə daha məntiqli görünür:
1) Allah canlıları olduqları mühitdə daha rahat yaşasınlar deyə, həmin mühitə uyğun xüsusiyyətlərdə yaradıb (Unutmayın, heç bir mühit daimi deyil).
2) Canlılar olduqları mühitdə həyatda qalıb, çoxala bilmək üçün məcburi olaraq həmin mühitə uyğunlaşırlar.
1.``Canlılar olduqları mühitdə həyatda qalıb, çoxala bilmək üçün məcburi olaraq həmin mühitə uyğunlaşırlar.`` Bu qeydinizi görəndə təəccübləndim desəm yalan olar. Çünki, Cəlal Şengördən sitat gətirmişdiz yuxarıda.Onun müridi olan birinin bu cür xəta etməsi normaldır.Çünki,Cəlal bəy özüdə bir televiziya programında bu xətanı etmişdi.
Görünürki Təkamülü müdafiə etmənizə rağmən təkamül haqqında doğru bilgilərə sahib deyilsiz.Taryel bəy sizin qeyd etdiyiniz təkamül elm dünyası tərəfindən yalnışlanmış və tərk edilmiş Lamarckın təkamülüdür. Bu gün qəbul görən Təkamül isə Darwinin təbii seleksiya anlayışının Theodor Dobzhansky`nin modern genetikasıyla birləştirilmiş halıdır.Və Neodarvinizm olaraq qeyd edilir. Lamarckın təkamülünə görə canlılardaki dəyişim ve dönüşümlər ətraf mühit şərtlərinə bağlı olaraq bir hədəfə doğru idi. Məsələn zürafələrin boyu yüksəkdəki yarpaqları yemek üçün uzanmış,meymunlar digər yırtıcılardan qaçmaq üçün ayağa qalxmış və s. Bu Lamarckın təkamülüdür və yalnışdır. Neodarvinizmdə isə fərqlidir. Neodarvinizmə görə canlılardaki dəyişimlər ətraf mühit şətlərinə görə və bir hədəfə yönəlik deyil, təsadüfi mutasiyalar sayəsindədir. Yəni heç bir canlı mən soyuqda üşüyürəm bu mühitə uyğunlaşım deyə xəz çıxarmır. Xəzin çıxmasına təsadüfi mutasiya səbəb olur. Məsələn, bir radiyasiya dəyməsi ilə DNA-daki bir nükleik düşər onun yerinə başkası kopyalanarkən yalnış kopyalanar oda yalnış aminturşusunu kopyalayar bir yerdə dəyişiklik olar, oraq hüceyrəli anemiya meydana gələr və s.
Neodarvinizm mutasiya replikasiyalarını təsadüfi varsayar. Bunların necə meydana gəldiyini açıqlamaz.
Əslində metodolojik naturalizmin teizm üçün çıxardığı problemlər səthi bir dünyagörüşüylə dərhal fərq edilmir. Bir teist və ateistin London-Bakı arasındakı məsafəni hesablayarkən riyaziyyata və ya xəritəçiliyə başvurmalarında bir fərqlilik müşahidə edilməyəcəktir. Bir teist və bir ateist həkimin, gözün və ya ürəyin funksiyalarını təyin edərkən biologiyaya başvurmalarında ya da bir teist və ateist astronomun Ay və ya Günəş tutulmalarının meydana gəlmə vaxtını təyin ilə əlaqədar hesablamaları və teleskopu istifadə tərzlərində də bir fərq müşahidə edilməyəcəktir. Tanrının varlığına və ya yoxluğuna dair hər hansı bir qərar açıqlanmadan, bəhs edilən mövzularda, həm teist həm də ateist elm insanlarının heç bir fərqi olmaya bilər.
Müasir elmin müvəffəqiyyəti olan körpülər, nəqliyyat vasitələri, əməliyyat texnikaları, gen texnologiyası, kompüter, internet kimi bütün məhsulların heç birinin metodolojik naturalizmin elmin metodu olaraq mənimsənməsiylə əlaqəsi yoxdur. Lakin problem, xüsusilə kainatın və canlıların mənşəyinə dair araşdırmaların təqdimat və şərhlərində ortaya çıxır. Məsələn kainatın mənşəyinə dair Big Bang Nəzəriyyəsinin və canlıların mənşəyinə dair Təkamül Nəzəriyyəsinin şərhlərində bu problemi müşahidə edə bilərik.
Halbuki Taryel bəy təkamül canlılığın necə ortaya çıxması ilə bağlı bir teorem deyil. Təkamül canlılıq ortaya çıxdıqdan sonraki dəyişimi və dönüşümü açıqlayır. Sizin, təkamülü Tanrı açıqlamasının alternativi kimi təqdim etməyiniz son dərəcə xətalıdır. İnançsızlar əyər təkamül teoremin qəbul edirsənsə inançsız olmalısan kimi bir psixologiya yaratdığı üçün inançlılar dərhal rəddetmək psixologiyasın mənimsəyir. Amma siz bu zaman saf elmi bir təkamül teoremin müdafiə etmiş olmursuz. İçinə fəlsəfi bir doktrin əlavə edilmiş ateizm-materyalizmlə qarıştırlmış bir təkamülü müdafiə etmiş olursuz. Halbuki biz təkamül teoreminin həm tarixi həm fəlsəfi həmdə elmi analizin etsək görərik ki, belə bir qarışıma ehtiyac yoxdur.Məsələn Dobzhansky`yə baxaq,Dobzhansky o adamdır ki, Darvinçi bir təkamülü modern genetikayla biləşdirib müasir Neodarvinizm halına gətirən insandır.Günümüzdəki təkamül adına ola biləcək ən önəmli simalardan biridir.Amma Dobzhansky bu teoremlə öz Tanrı inancı arasında heç bir ziddiyət görməmişdir.Və ya Sven Convey Morris, bu adam məsələn cambrian dönəmin çalışan paleontoloqdu və günümüz təkamül teorimin fosillərlə dəstəkləyən önəmli insandır.Buda öz Tanrı inancıyla bu teorem arasında heç bir ziddiyət görməmişdir. Francis Collins`e gələcək olsaq Collins Genom proyektinin başındaki insandır.Birbaşa süni DNA`nı düzəldən komandanın başında Collins vardı.Collins özü DNA`nı Tanrının dili adlandırmış və Tanrı inancıyla təkamül arasında ziddiyət olmadığını söyləmişdir.
Siz əyər bu prosseslərin tamamına təsadüf deyirsizsə, bu elm deyil, fəlsəfi spekulyasiyadır.
Qeyd 4: sizin kreasionist tezislərinizi darmadağın etmək üçün bir neçə məntiqli sual kifayətdir.
1.Taryel bəy doğruluq arayışında olan bir Azərbaycan gəncinə, bu cür ifadələr yaraşmır. Kinayə etmək normal bir şeydir,ama darmadığın etdim və ya nə bilim sındırdım,yıxdım,sürüdüm kimi ifadələr etik deyil. Baxın, əxlaqdan məhrum bir elm, insanlığı irəlilətmək bir tərəfə dursun, özünü və ətrafını yox etmə potensialı daşıyan insanın əlinə tutuşturulan ölümcül bir silahdır.
"Önünə, döyüşməkdən, başqalarını öldürməkdən qorxan, çəkinən bir əsgər gətirildiyi zaman, psixiatrın vəzifəsi, onu bir an əvvəl döyüş sahəsinə geri göndərməkdir. Psixiatrın baxış mövqeyindən və onun təmsil etdiyi güclərin baxış mövqeyindən normal olan, əsgərin qatil funksiyasını yerinə yetirməsidir. Anormal sayılan isə, bu cavanın qorxması, döyüşmək istəməməsi, öldürmək istəməməsidir. Psixiatrın vəzifəsi, onu mümkün olduğu qədər tez yenidən qatil etməkdir. "
Eltun İsmayıl – Makü
Qaynaqlar:
1.Ağıllı Dizayn – William Paley Natural Theology s. 60-85
2.Discovery Institute - https://en.wikipedia.org/wiki/Discovery_Institute
3.Argument Against the Man - https://en.wikipedia.org/wiki/Ad_hominem
4.İslamın qızıl çağı - http://www.evrimagaci.org/fotograf/122/8764
5.Cəlal Şəngörün Xətası - https://www.youtube.com/watch?v=8em4rQytczo
6.Neodarvinizm - Francisco J. Ayala, "Evolution", Ernst Mayr "What evolution is"
7.Theodor Dobzhansky - Nothing In The Biology Makes Sense Except In The Light of Evolution, s. 261-262.



