Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 13 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək. Məlumat üçün bildirək ki, bir sıra marşrut xətləri üzrə avtobuslar son dayanacaq kimi məhz metronun “Azadlıq prospekti” stansiyasının ətrafında dayanır ki, bu da həmin ərazidə, xüsusən də günün pik saatlarında nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb olur. Mövcud vəziyyətin aradan qaldırılması üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, yaxın vaxtlarda hazırda son dayanacağı metronun “Azadlıq prospekti” stansiyası olan marşrut avtobuslarının da hərəkətində dəyişiklik ediləcək.
Nəqliyyat Mübadilə Mərkəzləri konsepsiyasının tələbinə uyğun olaraq, həmin əraziyə gələn sərnişin avtobusları son danayacaq olaraq Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinə yönəldiləcək.