Şeyx: “İslamın timsalında bir vəhşi sifət yaratmaq istəyirlər“

Şeyx: “İslamın timsalında bir vəhşi sifət yaratmaq istəyirlər“ backend

“İslamın timsalında bir vəhşi sifət yaratmaq istəyirlər. Dünyada islamdan istifadə edən, mənsəb ayrı-seçkiliyi yaradan, dinləri bir-birinə qarşı qoyan qüvvələr var”.

Qaziler.az Lent.az-a istinadən xəbər verir ki, bunu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, bunun nəticəsində qocalar, qadınlar, uşaqlar həyatını itirir: "Həmin qüvvələr islamı istəməyənlərdir. Buna görə də bizim elmə ehtiyacımız var. Eyni zamanda elm adamlarına ehtiyacımız duyulur. Bizim həyatımız, adət-ənənələrimiz islam dini ilə bağlıdır. Yəni İslam həyatımızın ayrılmaz hissəsidir. Buna görə də biz dünyaya islamın sülh dini olduğunu göstəririk”.

Şeyx deyib ki, bizim səsimiz hələ də dünyanın bütün yerlərinə çata bilmir: "Təəsssüf ki, Xocalı qətliamını dünya faciə kimi qəbul etmir”. Amma ermənilər özlərini yazıq göstərərək, yüz il bundan əvvəl baş vermiş hadisəni dünyaya qəbul etdirmək istəyirlər. “İnanıram ki, gec-tez Azərbaycanın başına gələn faciələr dünya tərəfindən qəbul ediləcək. Haqq öz yerini tapacaq”.
Diaspora