Atatürk və Xolokostdan qaçan yəhudi alimləri

Atatürk və Xolokostdan qaçan yəhudi alimləri backend

XV əsrin sonunda Roma Papasının fitvası ilə İspaniyada Rekonkista (təmizləmə) hərəkatı – yəni müsəlmanlara və yəhudilərə qarşı soyqırıma rəvac verildi. 1492-ci ildə İspaniyada ərəblərin hakimiyyətinə son qoyulmasından sonra, yəhudilərin deportasiya edilməsinə başlanıldı.

1610-cu ilə qədər müsəlmanlar və yəhudilərin hamısı İspaniyadan qovuldu. İspaniyada güçlü katolik - xristian dövləti yaradıldı. İspaniyadan qovulan və “Əndəlüs qaçqınları” adlanan yəhudi və müsəlman toplumu yalnız Osmanlı imperiyası qəbul etmişdi.

Üzərindən 400 il keçdikdən sonra tarix təkrar oldu.

Almaniyada 1933-cü ildə hitlerçi nasilər hakimiyyətə gələndən sonra bir çox yəhudi alimləri alman Ali məktəblərindən qovuldu. Bu dövrdən başlayaraq yəhudi alimləri Almaniyanı tərk edirdilər. Həmin dövrdə Atatürkün xüsusi göstərişi və proqramı əsasında Almaniyadan köçən yəhudi alimlər yüksək maaşla (hətta hər bir almaniyalı yəhudi alimi maaşla təmin edilən tərcüməçi müşayət etməsi şərtilə) Türkiyəyə dəvət olundu. İstədikləri zaman onlara Türkiyə vətəndaşlığı verilməsi problemsiz həll edilirdi. Nəticədə, ilk növbədə İstanbul Universitetində bir çox elmlərin kafedraları və fakültələri yaradıldı, elm sahələrinin əsası qoyuldu, təhsildə rüşvətxorluq təmamilə yığışdırıldı.



Atatürk hətta baş nazir İnönüyə hirslənmişdi ki, Eynşteynin tələb etdiyi maaşı ona vermək istəmir. Baş nazir İsmət İnönü ehtiyat edirdi ki, əcnəbi alimlər nəisə bir pislik gətirərlər, faşist Almaniyası ilə münasibətlər korlanar.
Atatürk Eynşteynin İstanbulda qalmasını istəyirdi, amma amerikalılar və ingilislər seçmə, bir neçə istedadlı yəhudi alimlərinə daha yaxşı şərait vəd edirdilər. Ona görə Eynşteyn və 1-2 tanınmış yəhudi alimləri qalanlarından fərqli, ABŞ-a mühacirət etdilər. Həm də Albert Eynşteyn mühazirəçi alimdən çox, tədqiqatçı idi. Ona laboratoriyalar və yeni avadanlıqlar lazım idi.

Atatürk özü xəstə olarkən belə, bu alimlərin mühazirələrində iştirak etməkdən, tələbə kimi qeydlər götürməkdən həzz alırdı. Xüsusilə, fransızca mühazirə deyən almaniyalı yəhudi alimlərin mühazirələrindən xoşlanardı, çünki fransızcanı sərbəst bilirdi.



Prof. Dr. Münir Ülgür 1949-da Prinston Universitetində tələbə olarkən Eynşteynlə görüşür. Eynşteyn ona deyir: "Siz heç bilmirsiniz ki, dünyanın ən böyük liderinə sahib idiniz. Çünki Hitlerin ağılsızlıqlarından almanlar və digər millətlər nə qədər uduzdu. Udan yalnız anqlo-saksonlar və türklər oldu. Çünki məqamında işsiz və təhlükədə qalmış yəhudi alimlərinə lazımi dəyəri verdilər”.

Şəkildə almaniyalı yəhudi alimlər İstanbul Universitetində tədbirdə. Atatürk almaniyalı yəhudi alimin fransız dilində mühazirəsini dinləyərkən.

PƏRVİZ ELAY