Təhsil naziri Mikayıl Cabbarov keçmiş həmkarı Misir Mərdanovun fəaliyyətini tənqid edib. Nazir deyib ki, müşahidələr nəticəsində müasir təhsil sistemlərində olan çevik alətlərin və mexanizmlərin o dövrdə ali təhsil sistemində olmaması problemi aşkarlanıb.
Qziler.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-un əməkdaşı 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri olan Misir Mərdanovun fikirlərini öyrənib.“Xahiş edirəm bu barədə mənə sual verməyin. Mənim fəaliyyətimi cəmiyyət, Allah bilər. Gördüyüm işlərə qiymət vermək məsələsinə mən qarışmıram”.