Əməkdaşlarımız Milli Qəhrəmanın ailə üzvləri ilə görüşüb
Bir neçə gün öncə nəşi düşməndən alınaraq Qusarda dəfn edilən şəhid Çingiz Qurbanova "Azərbaycanin Milli Qəhrəmanı" adının verilməsi hər kəsi qürurlandırıb. Əməkdaşlarımız Milli Qəhrəmanın ailə üzvləri ilə görüşüb. Onların övladı şəhid oldu, lakin Vətən ugrunda canından keçən igid üçün qürurludurlar.Düşmənin kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən qəhrəmancasına döyüşüb şəhid olan Çingiz Qurbanovun bu igidliyi dövlət başçısı tərəfindən də yüksək qiymətləndirildi. O, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.
Şəhidin bu gün üç mərasimi də böyük izdihama səbəb olub. Yaxınları, rayon sakinləri və ictimaiyyət nümayəndələri yas mərasiminə toplaşıb, şəhidin ruhuna dualar oxuyublar.
Rayon rəhbərliyi, millət vəkilləri və digər qurumların nümayəndələri Milli Qəhrəmanın ailəsinə baş çəkiblər.
Qaziler.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: