Abdullah Gül: “Cənubi Qafqazda müharibə hələ də davam edir”

Abdullah Gül: “Cənubi Qafqazda müharibə hələ də davam edir” backend

“Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi yalnız sözdədir. Amma oradakı vəziyyət nəticəsində insan ölümləri hələ də davam edir”.

Publika.az-ın məlumatına görə, bunu Türkiyədə keçirilən “Financial Times” zirvə toplantısının bağlanış mərasimində çıxışı zamanı Türkiyənin 11-ci prezidenti Abdullah Gül bildirib. Cənubi Qafqazda müharibənin hələ də davam etdiyini vurğulayan A.Gül buna görə işğalçı Ermənistanı qınayıb:

“Çox təəssüf ki, Azərbaycan torpaqlarının bir hissəsi hələ də işğal altındadır. Türkiyə-Ermənistan əlaqələri ilə bağlı mövcud vəziyyət də hər kəsə məlumdur. Bütün bunlar isə Avropa ilə Asiya arasında qapı rolunu oynayan Cənubi Qafqaz regionunu divar vəziyyətində saxlayır”.
Diaspora