“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində çətən üzrə ustad dərsləri təşkil olunacaq

“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində çətən üzrə ustad dərsləri təşkil olunacaq backend

Azərbaycan Xalça Muzeyində 11-12 fevral tarixlərində saat 12:00-da “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə mühazirə və ustad dərsləri keçiriləcək. Bu barədə QAZİLER.AZ-a Azərbaycan Xalça Muzeyindən məlumat verilib.

Çətən – eyni diametrli qamış və ya ağac çubuqlarından hazırlanır. Naxışlı çətənlər döşəməyə salınır, alaçıqdakı divarların bəzədilməsində, arakəsmə və pərdə kimi istifadə olunur.

Dərslər Azərbaycan Xalça Muzeyinin xalçaçı-rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tariyer Bəşirov tərəfindən keçiriləcək. Tariyer Bəşirov 33 ildir ki, xalçaçı-rəssam kimi fəaliyyət göstərir və bir sıra portret, tematik xalça və çətənlərin müəllifidir.

Ustad dərslərinin keçirilməsində məqsəd unudulmaqda olan texnologiyaları bərpa etmək, gənc nəsli maarifləndirmək və bu texnologiyaların nəsildən-nəsilə ötürülməsinə şərait yaratmaqdır.