Xəbər verildiyi kimi, Azərbaycanda keçiriləcək Muğam müsabiqəsində münsif ola bilməyən xalq artisti Canəli Əkbərov həmkarları haqqında çox sərt ifadələr, hətta etikadan kənar sözlər işlədərək onu tənqid edən sənətkarları təhqir edib.
Xalq artisti Mənsum İbrahimov haqqında danışarkən bildirib ki, guya, Qarabağ müharibəsindən qaçıb gizlənib. QAZİLER.AZ saytı xəbər verir ki, bununla bağlı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu münasibət bildirib: “Mənsum İbrahimova qarşı bu ittiham tam əsasızdır. Mənsum İbrahimovun 5 qardaşı Qarabağ uğrunda gedən döyüşdə iştirak edib və yaralanıb. Onlardan 3-ü Qarabağ əlilidir. Mənsum İbrahimov özü isə bir xanəndə kimi həm daima - o vaxt, həm də sonralar - cəbhə bölgəsində olub, əsgərlər qarşısında çıxış edib. Bu faktı açıqlamağı özümə borc bildim! Belə bir insan haqqında yalan danışmaq, sadəcə ayıbdır!”Rey Kərimoğlu: “Mənsum İbrahimovun 5 qardaşı Qarabağda döyüşüb və yaralanıb”

