Salman Qurbanov oğluna Milli Qəhrəman adının verilməsini göz yaşları ilə qarşıladı

Salman Qurbanov oğluna Milli Qəhrəman adının verilməsini göz yaşları ilə qarşıladı backend

Şəhid Çingiz Qurbanova Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən Milli Qəhrəman adı verilib

Salman Qurbanov oğluna Milli Qəhrəman adının verilməsini göz yaşları ilə qarşıladı.

Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Ç.Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə verilib.

"Ölkə.Az"-ın müxbiri Qusarın Həzrə kəndində şəhidimizin ailəsini ziyarət edib. Verilən məlumata görə, Çingiz Qurbanov Həzrə kəndinin ilk şəhididir.

Çingiz Qurbanovun atası oğluna Milli Qəhrəman adının verilməsini göz yaşları ilə qarşılayıb. Şəhid atası dövlətə oğluna verilən qiymətə görə təşəkkür etdi.