Bakı-2015-ə görə yeni qadağalar

Bakı-2015-ə görə yeni qadağalar backend

İdman arenalarının yaxınlığına yalnız "London taksiləri" gedə biləcək.

Azərbaycan "Azərbaycan Bakı-2015 Avropa Oyunları zamanı Avropa standartlarına uyğun olaraq qonaqları qarşılayacaq. Biz öz fəaliyyətimizlə avropalıları təəccübləndirəcəyik".

ANS PRESS-in məlumatına görə, bu sözləri Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov "Günə Baxan" verilişində deyib.

O bildirib ki, Bakıda minlərlə küçə var və aidiyyatı orqanlar üzərinə düşən öhdəlikləri yerinə yetirərək şəhər yollarındakı problemləri aradan qaldıracaq: "Bəzən sürücülərin günahından problemlər yaranır. Piyadalar və sürücülər üzərinə düşəni etməlidir ki, şəhər nəqliyyatında problemlər yaranmasın. Avropa Oyunları zamanı yollarda ciddi nəzarət olunacaq və sərt cərimələr tətbiq olunacaq. Məsələn, "parkinq yoxdur" xidməti göstəriləcək. Belə olan halda vətəndaş avtomobilini həmin ərazilərdə saxlaya bilməyəcək. Biletlə yarış izləməyə gələn vətəndaş "park et və get" nişanı olan yerdən idman obyektinə ictimai nəqliyyatla gedəcək".

Nazirlik rəsmisi qeyd edib ki, taksilərə də ciddi nəzarət olunacaq. N.Həsənovun sözlərinə görə, taksilər idman arenalarına yaxın yerlərə gedə bilməyəcək: "Biz bunun üçün lazımi işlər görəcəyik. Yalnız "London taksiləri" bu xidməti göstərə biləcək".
Diaspora