Sabahdan hava dəyişəcək: sulu qar, qar yağacaq

Sabahdan hava dəyişəcək: sulu qar, qar yağacaq backend

Fevralın 8-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu yarımadada gecə 1-3° isti, gündüz 5-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, səhər şimal rayonlarında, gündüz isə əksər rayonlarda arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Fevralın 8-i gündüz şimal rayonlarından başlayaraq, ayın 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.