Səngəçalda vulkan püskürdü

Səngəçalda vulkan püskürdü backend

FHN-in mətbuat xidmətindən də virtualaz.org-a bildiriblər ki, partlayış palçıq vulkanının püskürməsi nəticəsində baş verib, amma texnoqen xarakter daşımır: "FHN-in əməkdaşları hazırda həmin ərazidədirlər". FHN-dən həmçinin bildirilib ki, vulkan püskürməsi haqda AMEA-nın Coğrafiya İnstitutunu məlumatlandırıblar. * * * 14:55 Ələt-Astara avtomobil yolu ilə hərəkət edən sərnişinlərdən birinin virtualaz.org-a verdiyi məlumata görə, bir az əvvəl Səngəçal qəsəbəsi ərazisindəki dağın arxasında qəfil partlayış səsi eşidilib və ardınca hündürlüyü 25-30 metrə çatan alov görünməyə başlayıb.

Əvvəlcə bunun vulkan və ya neft-qaz kəmərində partlayış olduğu bilinməyib, sadəcə o qeyd olunub ki, havaya alovla birgə neft kütləsi də fışqırır.

Amma əməkdaşlarımızın bu dəqiqələrdə əldə etdiyi məlumata görə, adıçəkilən ərazidə vulkan püskürüb. Artıq yanğının səngidiyi və alovun söndüyü bildirilir.