Əflatun Amaşov və Mətbuat Şurasının üzvləri Qusarda şəhidimizin dəfnində

Əflatun Amaşov və Mətbuat Şurasının üzvləri Qusarda şəhidimizin dəfnində backend

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və MŞ üzvləri Qusarda şəhid Çingiz Qurbanovun dəfn mərasimindədirlər.

Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu öz facebook səhifəsində yazıb. Umud Rəhimoğlu bildirib:

Şəhid əsgərimiz Çingiz Qurbanovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna istiqamət götürüb. Hazırda Qusar rayonundayıq. Dəfn mərasimində iştirak etmək üçün başda sədr Əflatun Amaşov olmaqla şuranın bir neçə üzvü iştirak edəcək. Allahdan şəhidimizə rəhmət diləyirik ! Qəbri nurla dolsun ! Valideynlərinə səbr diləyirik.