"İslam Həmrəylik Oyununun açılışında dünya və ya yerli ulduzlar iştirak etməyəcək”. BakiPost.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, mayın 12-də keçiriləcək mərasimdə mahnı oxunulmayacaq: "Amma bağlanış mərasimində yerli ulduzlar ola bilər. İnanıram ki, açılış mərasimi hər kəsin çox xoşuna gələcək".
Azad Rəhimov qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarına qatılmaq imkanı olmayan ölkələrə də yardım edilməyəcək:"Azərbaycan oyunlarda iştirak edəcək ölkələrin səfər xərclərini ödəyəməyəcək. Qidalanma üçün gələn idmançıların hər birinə ölkə 50 dollar ödəməlidir. İmkanı olmayanların nəqliyyat xərcini ödəməyə və qidalanmada güzəşt edə bilərik".Qeyd edək ki, Azad Rəhimov bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına gələn bilməyən 7 ölkəyə köməklik ediləcəyini bildirmişdi: "Bəzi səbəblərə görə 7 ölkə yarışmaya hələ gələ bilmir. Həmçinin maliyyə məsələlərində də problemlər var. Biz çalışırıq ki, onlara da kömək edək və bu Oyunlara cəlb edək".