Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi başlayıb. Vida mərasimi Salyansk kazarma kimi tanınan Tədris Təlim Mərkəzində keçirilir.
Şəhidlə vida mərasimində Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Azərbaycanın Hərbi prokuroru Xanlar Hacıyev iştirak edir. Həmçinin, jurnalistlər, ictimaiyyət nümayəndələri və xeyli sayda gənclər də şəhidimizlə vida mərasiminə qatılıblar.Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.







QAZİLER.AZ