Baş prokuror Zakir Qaralov Şamaxıda vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Z.Qaralov fevralın 13-də saat 11:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şamaxı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.