Qarabağ qaziləri Şəmistan Əlizamanlını təbrik etdi

Qarabağ qaziləri Şəmistan Əlizamanlını təbrik etdi backend

Bu gün hərbi-vətənpərvərlik mahnıların gözəl ifaçısı Şəmistan Əlizamanlının ad günüdür.

Bu münasibətlə Şəmistan Əlizamanlını “Qarabağ Qaziləri” birliyinin sədri Etimad Əsədov, “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına Fondun rəhbəri Ədalət Məhərrəmov, Qaziler.az saytının kollektivi təbrik edir, ona müvəffəqiyyət, xoşbəxtlik, can sağlığı arzu edir, gələcək işlərində uğurlar diləyirik!

Hər bir Azərbaycan vətəndaşının ən böyük arzusu Qarabağın düşmən işğalından azad edilməsini görməkdir. Arzu edirik ki, Şəmistan Əlizamanlı da "Çağırır Vətən" deyib vətən igidlərini Qarabağa səsləsin, "Ay vətən oğlu" deyib "Cənab leytenant"ı Şuşada qarşılasın, "İgid əsgər"lərimizə "Vətən əmanəti" deyib onları tam azad edilmiş Azərbaycanın keşiyində ayıq-sayıq dayanmağı gözəl səsiylə, vətənpərvərlik mahnılarıyla tövsiyə etsin!

Biz Şəmistan Əlizamanlıya bunu görməyi, bu xoşbəxtliyi yaşamağı arzu edirik!