FHN-də Gənclər Günü qeyd olundu

FHN-də Gənclər Günü qeyd olundu backend

Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak edib.


Tədbiri açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edildiyindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri təbrik edib. Nazir müavini qeyd etmişdir ki, Fövqəladə Hallar Nazirliyində gənclərin sosial problemlərinin həlli, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb, Azərbaycan gənclərinin I forumu keçirilib, gənclər siyasəti sahəsində böyük uğurlar qazanılıb. Gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov gənclərin qayğısız böyüməsi, təhsili və əmək fəaliyyəti üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradıldığını qeyd edib.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin vəzifə borcunu layiqincə yerinə yetirərək xüsusi fərqlənmiş gənc əməkdaşlarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.