Ermənilər Azərbaycan vətəndaşını girov götürüb RƏSMİ AÇIQLAMA

Ermənilər Azərbaycan vətəndaşını girov götürüb RƏSMİ AÇIQLAMA backend

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb.

Komissiyadan Lent.az-a verilən məlumata görə, Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.


Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.