Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi hansı binalarda məskunlaşan qaçqınların köçürüləcəyinə aydınlıq gətirib.
Qaziler.az xəzərxəbər-ə istinadən bildirir ki, Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan obyektlərdə kompakt məskunlaşmış məcburi köçkünlərin bu il ilkin mərhələdə bir hissəsinin köçürülməsi gözlənilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi hansı binalarda məskunlaşan qaçqınların köçürüləcəyinə aydınlıq gətirib.Qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması davam edir. Bu il də qaçqınların bir hissəsinin köçürülməsi nəzərdə tutulub.
Bununla yanaşı, Xəzər rayonu ərazisindəki "Energetik" pansionatının binasında qalan məcburi köçkünlər də yeni binalara yerləşdiriləcək.
Qaçqınların köçürüləcəyi ərazilər də məlumdur. Bu məqsədlə yeni yaşayış binaları tikiləcək. Onlar üçün Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında salınmış 450 ailəlik yaşayış qəsəbəsinin ərazisindəki boş torpaq sahəsində 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində tikilmiş 760 ailəlik yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində bir ədəd 50 mənzilli, iki ədəd 80 mənzilli yaşayış binasınin tikilməsi nəzərdə tutulub. Artıq layihələndirmə işlərinə başlanılıb.