Cərimələr maaşdan tutulacaq

Cərimələr maaşdan tutulacaq backend

Ödənməyən piyada cərimələri işləyənlərin maaşlarından, tələbələrin isə təqaüdündən tutulacaq.

Qaziler.az xəzərxəbər-ə istinadən bildirir ki, cəriməsini ödəməyən piyadalara qarşı görüləcək tədbirlər sərtləşdirilir. Bundan sonra yol hərəkəti qaydalarına riayət etməyən vətəndaşın iş yerinə, əgər qaydanı pozan tələbədirsə, təhsil aldığı universitetə sorğu göndəriləcək, cərimələr onların maaş və təqaüdlərindən tutulacaq.

Ödənməyən piyada cərimələri işləyənlərin maaşlarından, tələbələrin isə təqaüdündən tutulacaq.

Bununla da yol hərəkəti qaydalarını pozduğu halda, cəriməni ödəməkdən yayınan piyadalara qarşı tədbirlər sərtləşdiriləcək...

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, yol hərəkəti qaydalarını pozan piyadaların əksəriyyəti 21-30 yaş arasında olan şəxslərdir. Onlardan cərimələri toplamaq üçün bir sıra üsullara əl atılacaq.

İşləyənlərin əməkhaqları ilə yanaşı, cəriməsini ödəməyən tələbələrin təqaüdlərindən çıxılması üçün universitetlərə müraciət ediləcək.

Cərimələrin bu üsullarla toplanılmasında məqsəd piyadalarda formalaşan arxayınçılıq düşüncələrini aradan qaldırmaqdır. Tərtib edilən protokollara görə cərimələri ödəməyən piyadaların statistikası vəziyyətin ürəkaçan olmamasından xəbər verir

Baş verən qəzalar da piyadaların əksəriyyətinin təyin edilməyən yerlərdən keçdiklərini sübut edir. Yanvar ayının 27-dən indiyədək 6 nəfərin xəsarət alması və 2 nəfərin ölməsi ilə nəticələnən qəzalar baş verib. 2 nəfərin ölümü piyada vurulması ilə nəticələnən qəzada qeydə alınıb. Buna da səbəb ölən piyadaların təyin olunmayan yoldan keçməsidir.