Paytaxt ərazisinə yağan qar, həmişə olduğu kimi, istər piyadaların, istərsə də nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb.
APA TV-nin xəbərinə görə, 1 fevral tarixinin qış tətilindən sonra ilk dərs günü olmasına baxmayaraq, qarlı-şaxtalı hava şəraiti orta məktəblərdə dərsə davamiyyətə təsirsiz ötüşməyib. Bunu həmsöhbət olduğumuz valideynlər də təsdiqləyib.Bir çox hallarda isə şaxtalı hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərin müvəqqəti dayandırılması ilə bağlı təkliflər səslənir. Valideynlərin bu təklifə münasibəti maraq doğurmaya bilməz. Bunu zəruri sayan da var, saymayan da.