Sabahdan etibarən ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin şöbə rəisi Fərqanə Həsənovanın sözlərinə görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında 1-4 dərəcə isti, gecə saatlarında isə 2-6 dərəcə şaxta gözlənilir.
Bölgələrdə də əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Mərkəzi Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 1-6 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərimizdə 18-23 dərəcə şaxta olacaq.
Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlaması ehtimalı var.