Qar Bakıda sürücü və piyadaların hərəkətinə necə təsir edib? - YOLLARDAKI VƏZİYYƏT

Qar Bakıda sürücü və piyadaların hərəkətinə necə təsir edib? - YOLLARDAKI VƏZİYYƏT backend

Dünən axşam saatlarından başlayan kəskin soyuq hava gecə də davam edib. APA TV-nin məlumatına görə, intensiv yağan qar yolların buz bağlamasına səbəb olub. Şəhərin bəzi yerlərində apardığımız çəkiliş zamanı bunun şahidi olduq.


Piyadalar arasında da hərəkət etməkdə çətinlik çəkənlərə rast gəldik: "Vəziyyət çox pisdir. Mən indi Masazırdan gəlirəm. Oradan bura maşınlarla 5 manata gəlmişəm. Avtobus deyilən bir şey yoxdur. Bir qadın kürəyi üstə yıxıldı yerə. Nəzərə almalıdırlar. Duz səpməlidirlər".



Bununla belə, qarın yağmasını normal qarşılayanlar da var idi: "Maşallah olsun qardı. Yağmağı gözəldir. Adamın ürəyi açılır. Qaldı yollara, haradasa yerlər var ki, balaca nəqliyyatda sıxlıq var, çətinlik var. O da Allahın köməkliyi ilə düzəlib gedər. Qar təmizləyən maşınlar var, təmizləyirlər".

Eyni hal sürücülər arasında da yaşanırdı. Onların əksəriyyəti yolların təmizlənməməsindən narazılıq bildirirdi: "Yolların vəziyyəti pis gündədir. Yollara qar yağandan sonra duz səpirlər. Olmaz axı. Qar göydən tökəndə onu eləməlidirlər. Gör nə qədər qəzalar olur".