Təhsil naziri Mikayıl Cabbarov “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb.
Qaziler.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, əmrə əsasən, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtda yerləşən ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyasının 11 may 2015-ci il tarixində başlanılması və 31 may 2015-ci il tarixində sona çatdırılması qərara alınıb.İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri