İlham Əliyev İrana səfər edəcək

İlham Əliyev İrana səfər edəcək backend

Azərbaycan prezidenti İlham Əliyev martın əvvəlində İrana səfər edəcək. APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə söyləyib.

"Görüş zamanı müqavilələrin imzalanacağı gözlənilir. Hazırda bunun üzərində iş aparılır", - deyə o bildirib.

Səfir İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda üçtərəfli görüşünün keçirilməsi ilə bağlı hazırlıq işlərinin aparılmadığını da deyib.